Suriya prezidenti Bəşər Əsəd təyyarə qəzasında ölə bilər. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Reuters daha əvvəl Əsədin Dəməşqi təyyarə ilə tərk etdiyini bildirmişdi. Agentliyin mənbələrinə görə, “Əsədin qəzada ölməsi ehtimalı çox yüksəkdir”. Onlar “Flightradar” monitorinq saytının məlumatına görə, “qəfildən 180 dərəcə dönərək xəritədən itən” təyyarənin qəribə trayektoriyasına işarə ediblər.
Agentliyin Suriyadakı mənbələrindən biri əlavə şərh verməkdən imtina edərək, “Təyyarə radardan itdi, transponder söndürülmüş ola bilər, lakin mən inanıram ki, gəminin vurulma ehtimalı daha yüksəkdir”. (Tass)