Birləşmiş Ştatlar respublikanın dondurulmuş aktivlərini blokdan çıxarmağa razılaşarsa və onun dinc məqsədlərlə zənginləşdirmə hüququnu tanıyarsa, Tehran uranın zənginləşdirilməsini bir il müddətinə dayandıra bilər. Bu barədə İran mənbələrinə istinadən Reuters agentliyi məlumat yayıb.
Mənbələr bildiriblər ki, ABŞ İranın şərtlərini qəbul edərsə, tərəflər “siyasi razılaşma” əldə edə bilərlər. Qeyd olunur ki, amerikalı danışıqlar qrupu ilə məsələ hələ müzakirə edilməyib. Belə bir razılaşmanın şərtlərinə görə, İran bir il ərzində uranın zənginləşdirilməsini dayandıracaq. Yüksək dərəcədə zənginləşdirilmiş ehtiyatların bir hissəsi digər ölkələrə çatdırılacaq və ya dinc məqsədlər üçün yanacağa çevriləcək.
Reuters yazır ki, Birləşmiş Ştatlar dəfələrlə bəyan edib ki, İranın nüvə proqramı ilə bağlı yeni razılaşma nüvə silahı yaratmaq üçün həyata keçirilə biləcəyi iddia edilən zənginləşdirmənin dayandırılmasını ehtiva etməlidir. İran dəfələrlə bəyan edib ki, bu cür silahlar hazırlamaq niyyətində deyil.