İran Aİ 3 ölkələrinə (Almaniya, Böyük Britaniya və Fransa) mayın 2-də Romada nüvə proqramı ilə bağlı iclas keçirməyi təklif edib.
Bu barədə Reuters diplomatlara istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İran ABŞ-la danışıqların bərpa olunacağı təqdirdə Avropa ölkələri ilə görüşməyi təklif edib. Reuters qeyd edir ki, Aİ3 hələlik təklifə cavab verməyib. (Tass)