İran rəhbərliyi uzun müddətdir Tehrandan dəstək alan Fələstinin HƏMAS qruplaşması ilə İsrail arasında münaqişə ucbatından böhranla üzləşərək çətin vəziyyətdədir, Reuters yüksək rütbəli İran rəsmilərinə istinadən xəbər verir. İran çətin seçim qarşısındadır: o regional liderliyinə və nüfuzuna xələl gətirə biləcək münaqişədən uzaq durmalı və ya Təl-Əvivlə açıq qarşıdurmaya girməlidir.
Agentlik mənbələri bildirirlər ki , ikincisi potensial olaraq daha böyük problemlər yaradır , çünki bu, əhali arasında narazılıq yarada və onsuz da mövcud olan iqtisadi böhranı gücləndirə bilər. Rəsmilər İran hökumətində müzakirə olunan prioritetləri belə təsvir ediblər.
Qeyd olunur ki, hazırda Tehran Livanın “Hizbullah” qruplaşmasının İsrailə qarşı vaxtaşırı transsərhəd hücumlar həyata keçirməsinə, eləcə də regionda İrana müttəfiq olan digər qrupların İsrail hədəflərinə kiçik hücumlar həyata keçirməsinə icazə vermək üçün konsensusa nail olub. Eyni zamanda, İran hakimiyyəti ölkəni birbaşa hərbi münaqişəyə sürükləyə biləcək böyük eskalasiyanın qarşısını almağa çalışır.
Bundan əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu ilə telefon danışığında Fələstin-İsrail münaqişəsinə yeni oyunçuların cəlb olunma riskini açıqlamışdı. İran hərbi liderinin sözlərinə görə, başqa dövlətlərin İsrailə yardımı buna səbəb ola bilər. (Nevs.ru)