Keniyanın müxalifət partiyası yenidən məhkəmədən Haitiyə polis göndərmək planlarını nəzərdən keçirməyi xahiş edib. Bu barədə Reuters xəbər yayıb.
2023-cü ilin iyulunda Haitinin yardım çağırışına cavab olaraq Keniya təhlükəsizlik böhranı ilə mübarizə üçün 1000 polis məmuru göndərməyi təklif edib.
Vəkillər Ekuru Aukot, Miruru Vaveru və Keniya Üçüncü Alyansı partiyası oktyabr ayında məhkəmədə qərara etiraz etdilər.
Yanvar ayında Keniya Prezidenti Uilyam Ruto ölkəsinin hələ də missiya göndərmək planlarını davam etdirmək niyyətində olduğunu söylədi və Keniya sonradan istefa verməyə məcbur olan Haitinin baş naziri Ariel Henri ilə hökumətlərarası saziş bağladı.
Mart ayında Keniya hökuməti Henrinin istefası ilə əlaqədar missiyanı müvəqqəti dayandırdığını açıqlamışdı. (Tass)