Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının iddia edilən artımından narahatdır. Bu barədə Reuters agentliyi MAQATE-nin iki hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, agentliyin 2024-cü ilin noyabrında Tehranı “qeyri-kafi əməkdaşlığa” görə tənqid edən qətnamə qəbul etməsindən sonra İranın zənginləşdirilmiş uran ehtiyatlarının kəskin şəkildə artdığı iddia edilir. Eyni zamanda, Reuters agentliyinin qeyd etdiyi kimi, İran hakimiyyəti ölkənin yalnız dinc nüvə enerjisini inkişaf etdirmək niyyətində olduğunu bildirir.
Agentliyin əldə etdiyi MAQATE hesabatlarına görə, İranın 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatları son rübdə iki dəfə artıb. O, həmçinin Tehranla təşkilat arasında əməkdaşlığın “həll edilməmiş məsələlərdə irəliləyişin olmadığını” qeyd edib. (Tass)