Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar Amerika Birləşmiş Ştatları ilə Pentaqondan olan amerikalı hərbçilərin və mülki işçilərinin Afrika ölkəsinin ərazisində olmasına icazə verən hərbi müqaviləni dərhal pozdular. Bu barədə Reuters agentliyi rejimin sözçüsü polkovnik Amadu Abdramana istinadən məlumat yayıb .
Agentliyin qeyd etdiyi kimi, bu qərar Amerika rəsmilərinin bu həftə Nigerə səfərindən sonra qəbul edilib. Nümayəndə heyətinə ABŞ dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Molli Fi və ABŞ-ın Afrika Komandanlığının rəhbəri general Maykl Lenqli daxil idi. Abdraman deyib ki, Amerika rəsmiləri diplomatik protokolu pozub və Niameyi nümayəndə heyətinin tərkibi, gəlişi tarixi və gündəliyi barədə məlumatlandırmayıblar. O əlavə edib ki, tərəflər Nigerdə hərbi gücün dəyişdirilməsi və iki ölkə arasında hərbi əməkdaşlıq mövzusunu müzakirə ediblər.
(Tass)