Qərb ölkələri Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemlərinin ötürülməsi imkanlarını müzakirə edir.
Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Ukraynanın müttəfiqləri NATO-nun iyunda keçiriləcək sammitinə qədər qərar qəbul etməyə can atırlar. Agentlik ABŞ və Yunanıstanı potensial təchizatçılar adlandırır. (Tass)