Zərərçəkmiş sakinlərin və xarici pasport sahiblərinin Qəzza zolağından Rəfah keçid məntəqəsi vasitəsilə Misirə təxliyəsi noyabrın 4-dən şənbə günündən dayandırılıb. Bu barədə Reuters Misir təhlükəsizlik xidmətindəki mənbələrə və həkimlərə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, evakuasiya cümə günü İsrailin Qəzzada təcili yardım maşınına hücumundan sonra dayandırılıb.
Noyabrın 3-də İsrail ordusu təcili yardım maşınına hücum edib, İsrail tərəfinin məlumatına görə, Fələstinin HƏMAS radikal təşkilatının tərəfdarlarının istifadə etdiyi maşına hücum edilib. Hərbçilərin məlumatına görə, zərbə nəticəsində bir neçə radikal öldürülüb. (Tass)