ABŞ dövlət katibi Marko Rubio İran və Ukrayna ətrafında vəziyyəti müzakirə etmək üçün İstanbulda Aİ3-ün (Böyük Britaniya, Almaniya və Fransa) milli təhlükəsizlik müşavirləri ilə görüş keçirir. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Daha əvvəl TASS-ın Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələri Rubionun Dolmabaxçadakı prezident ofisində Türkiyə və Ukrayna nümayəndələri ilə görüşdə iştirak etdiyini bildirmişdi. (Tass)