Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani ölkəyə yardım göstərən donorların beynəlxalq konfransında iştirak etmək üçün ilk dəfə martın 17-də Brüsselə gələcək. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Konfrans 9-cu dəfə keçiriləcək, lakin Suriya hakimiyyəti ilk dəfədir ki, orada təmsil olunacaq. Prezident Bəşər Əsədin dövründə rəsmi Dəməşqin tədbirdə iştirakına icazə verilməyib və donor ölkələrin topladığı vəsait hökumətdən yan keçməklə müxtəlif təşkilatlara ötürülüb. Konfransda Suriyaya beynəlxalq dəstək, onun iqtisadiyyatının bərpası və ölkədə yeni siyasi sistemin formalaşdırılması məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Reuters-in suriyalı mənbələri həmçinin qeyd edib ki, konfransda Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara iştirak edə bilər, lakin adı açıqlanmayan avropalı diplomat agentliyə onun Brüsseldə olmasının gözlənildiyini deyib.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, 2011-ci ildən Suriyaya dəstək üçün donor ölkə konfransları vasitəsilə 33 milyard avro toplanıb. Lakin o, bu vəsaitlərin hansı təşkilatlara köçürüldüyünü açıqlamayıb. (Tass)