ABŞ prezidenti Donald Tramp deyib ki, o, gələn həftə Vladimir Zelenski ilə nadir torpaq ehtiyatlarının təhlükəsizliyini müzakirə etmək üçün danışacaq. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, Amerika lideri rusiyalı həmkarı Vladimir Putinlə danışmaq istədiyini də bildirib. O, planlarını Ağ Evdə Yaponiyanın baş naziri Şiqeru İşiba ilə görüşü zamanı açıqlayıb. (Tass)