ABŞ prezidenti Donald Tramp Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı postunu hələlik Amerika hərbi liderləri üçün saxlamağa qərar verib. Bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.
Adı açıqlanmayan üç ABŞ rəsmisinə, bir Qərb rəsmisinə və NATO-dakı mənbəyə istinad edərək, Trampın artıq NATO-nun baş katibi Mark Rutteni qərarından xəbərdar etdiyini bildirib.
Ənənəvi olaraq, NATO Müttəfiq Qüvvələrinin Baş Komandanı vəzifəsini ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının (EUCOM) rəhbəri tutur. Növbəti EUCOM komandirinin ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Aleksus Qrinkeviç olacağı gözlənilir. O, hazırda ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri İdarəsinin Əməliyyatlar İdarəsinin rəisi vəzifəsində çalışır. Əvvəllər o, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hərbi Hava Qüvvələrinə komandanlıq edib. CENTCOM-un fəaliyyət sahəsinə, xüsusən də Yaxın Şərq və Şimali Afrika daxildir. SCOM-un hazırkı komandanı və Müttəfiq Qüvvələrin Ali Baş Komandanı Kristofer Kavolidir. (Tass)