ABŞ prezidenti Donald Trampın Ukraynaya bütün hərbi yardımı dayandırmaq barədə sərəncamı çərşənbə axşamı gecəsi qüvvəyə minib. Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
Agentliyin mənbəsinin məlumatına görə, hərbi yardımın verilməsi QMT ilə saat 01:30-da ( Bakı vaxtı ilə 05:30) dayandırılıb.
Bundan əvvəl Pentaqonun nümayəndəsi TASS-a bildirib ki, ABŞ Silahlı Qüvvələri Ukraynaya hərbi yardımı dayandırıb. Onun sözlərinə görə, dayandırılma hazırda Ukraynada olmayan bütün ABŞ hərbi texnikasına, o cümlədən təyyarə və ya gəmi ilə daşınan və ya Polşada tranzit zonalarda göndərilməsini gözləyən silahlara şamil edilir.