Trump Media & Technology Group (TMTG) səhmləri Respublikaçılar Partiyasından prezidentliyə namizədlər Donald Tramp və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris arasında çərşənbə axşamı keçirilən debatdan sonra bazar öncəsi ticarətdə 17% ucuzlaşıb. Bu barədə Reuters məlumat yayıb.
Onun sözlərinə görə, Trampa məxsus şirkətin qiymətli kağızlarının dəyərinin aşağı düşməsinin səbəbi seçicilər arasında Harrisə dəstək səviyyəsinin artması olub. Bundan əlavə, buna məşhur müğənni Teylor Sviftin noyabr seçkilərində vitse-prezident Harrisi dəstəkləmək qərarı ilə bağlı açıqlaması da kömək edib.
Danimarka investisiya bankı Saxo-nun qlobal bazarlar üzrə strateqi Charu Chanana, “ABŞ prezidentliyinə debat son dərəcə gərgin yarışda bir namizədə həlledici üstünlük vermək məqsədinə nail oldu” dedi. O, hesab edir ki, Sviftin dəstəyi Harrisə daha çox qadın və gənci öz tərəfinə çəkməyə kömək edib.
Agentlik xatırladır ki, Tramp Truth sosial şəbəkəsinin sahibi olan TMTG-nin ən böyük səhmdarı olaraq qalır. Şirkətin 2023-cü ildə gəlirləri 4,1 milyon dollar təşkil edib. (Tass)