Ukrayna Çexiya təşəbbüsü çərçivəsində 2025-ci ilin əvvəlindən 850 min iriçaplı mərmi alıb. Bu barədə “Reuters” Çexiya Müdafiə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Ukraynaya verilən artilleriya mərmilərinin ümumi sayından 320 mini 155 mm çaplı sursatdır.
2024-cü ildə Ukrayna Çexiyanın təşəbbüsü ilə 1,5 milyon artilleriya mərmisi, o cümlədən 500 min 155 mm kalibrli mərmi alıb. 2022-ci il fevralın 24-dən sonra Çexiya Qərb dövlətləri hesabına üçüncü ölkələrdə Ukrayna Silahlı Qüvvələri üçün sursat almaq ideyası ilə çıxış edib. Qərbi Avropa mətbuatının məlumatına görə, ona 20-yə yaxın ölkə qoşulub.