Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşündə təkid edib ki, münaqişə bitdikdən sonra Qərb Ukraynaya təhlükəsizlik zəmanəti versin. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Zelenskinin Tramp və Fransa prezidenti Emmanuel Makronla Parisdə görüşü 35 dəqiqə davam edib. Mənbələr qeyd edir ki, Zelenski “Trampla münasibətləri yaxşılaşdırmağa çalışıb” və “münaqişənin istənilən nəticəsinə görə” Rusiya Federasiyası ilə danışıqlardan sonra Kiyevə təhlükəsizlik təminatının verilməsinin zəruriliyini “ona izah etmək fürsətindən istifadə edib”. (Tass)