Avropa və Ukraynadakı silah anbarları qitədə silaha yüksək tələbat fonunda boşdur. Bu açıqlama ilə Almaniyanın Rheinmetall müdafiə konserninin icraçı direktoru Armin Papperger çıxış edib.
“Avropalıların və ukraynalıların anbarlarında heç nə yoxdur”, o, Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib.
Konsern rəhbəri əlavə edib ki, ABŞ prezidenti Donald Trampın Avropaya hərbi dəstəyi kəskin şəkildə azaltmaq vədləri fonunda Ukraynada münaqişə bitdikdən sonra da regionda silaha tələbat yüksək olaraq qalacaq.
Rusiya prezidenti Vladimir Putin dəfələrlə vurğulayıb ki, Kiyevə yeni silahların verilməsi cəbhədəki vəziyyəti dəyişməyəcək, ancaq münaqişənin uzanmasına gətirib çıxaracaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəf olacaq. (Tass)