Alman müdafiə konserni Marder ilin sonuna qədər Ukrayna hakimiyyətinə 20 Marder piyada döyüş maşını göndərəcək. Şirkətin açıqlamasında deyildiyi kimi, sifariş Almaniya hökuməti tərəfindən mart ayında verilib.
“Paketin çatdırılması 2024-cü ilə planlaşdırılır”, – mesajda qeyd olunur. Müqavilənin dəqiq dəyəri mətbuatda açıqlanmır. Konsern artıq Ukrayna silahlı qüvvələrinə 100-dən çox “Marder” piyada döyüş maşını təhvil verib.
Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Ümumilikdə Almaniya Kiyevə hərbi dəstək üçün vəsait ayırıb və ya gələcək xərclər üçün təqribən 28 milyard avro məbləğində öhdəliklər götürüb.Rusiya tərəfi dəfələrlə Kiyevə silah tədarükünün Ukraynadakı münaqişəni uzadacağını vurğulayıb.
(Tass)