Roma Papası Fransisk Müqəddəs Pyotr meydanında bazar günü xütbəsi zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı narahatlığını bildirib.
“Mən bir daha Azərbaycan və Ermənistanı dialoqa çağırıram. Ümid edirəm ki, tərəflər arasında beynəlxalq ictimaiyyətin dəstəyi ilə aparılan danışıqlar humanitar böhrana son qoyacaq uzunmüddətli razılaşmaya gətirib çıxaracaq”. “Mən Stepanakert (Xankəndi) yaxınlığında baş vermiş partlayışın qurbanlarına rəhmət diləyirəm”, – pontifik əlavə edib.
Sentyabrın 19-da Dağlıq Qarabağda növbəti eskalasiya başlayıb. Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olundu, bundan sonra Azərbaycanın Yevlax şəhərində Bakının nümayəndələri ilə Qarabağın erməni əhalisi arasında “reinteqrasiya məsələlərini müzakirə etmək” üçün bir neçə görüş keçirildi.
Sentyabrın 28-də tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən mövcudluğuna son qoyan fərman imzalayıb. Əhaliyə Bakının təklif etdiyi reinteqrasiya şərtlərini nəzərdən keçirmək və qalmaq imkanları ilə bağlı öz qərarını vermək tapşırılıb. (Tass)