Avqust 25, 2025-15:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Rostropoviçlərin ev-muzeyi “Yaşıl dünya naminə bir olaq!” adlı tədbir təşkil edib

2024:10:02 - 12:25
in MƏDƏNİYYƏT
A A

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə M.F.Axundzadə adına bağda “Yaşıl dünya naminə bir olaq!” adlı tədbir təşkil edib.Muzeydən AZƏRTAC-a bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirin əsas məqsədi yeniyetmə və gəncləri mövzu ilə bağlı maarifləndirmək, ictimaiyyətin diqqətini ətraf mühitin, yaşıllıqların qorunmasına yönəltmək, insanları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləmək və dünyamızın gələcəyi üçün görülən işlərə töhfə vermək olub.Tədbirdə Elm və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təsviri sənət qalereyası şagirdlərinin əl işlərindən ibarət “Yaşıl dünya naminə” adlı rəsm sərgisi açılıb, “Odlar Yurdu” xor və “Xarıbülbül” rəqs kollektivlərinin ifasında mövzuya həsr edilmiş kompozisiya nümayiş olunub.Sonra Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Xalq çalğı alətləri şöbəsinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Tədbir iştirakçılarına muzey tərəfindən hazırlanmış məlumat xarakterli liflet paylanılıb.Qeyd edək ki, dünyaşöhrətli violonçelist, dirijor M.Rostropoviç təbiət aşiqi və xeyriyyəçi insan olub. O, “Tropik meşə fondu”, “Ümumdünya heyvanların rifahı fondu”, “Nəsli kəsilməkdə olan dəniz heyvanlarının müdafiəsi fondu” üçün bir sıra silsilə konsertlər verib.

Əvvəlki Yazı

Regional Təhsil İdarəsi: Xaçmazda şagirdlər arasında insident məktəbdə baş verməyib

Növbəti Yazı

Elm və təhsil naziri Tovuzda vətəndaşlarla görüşəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.