ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ bir sıra ikitərəfli məsləhətləşmələrdən sonra Rusiyanın Ukrayna böhranı ilə bağlı mövqeyini daha yaxşı başa düşüb.
“Ona görə də mən deyərdim ki, bizim gördüyümüz iş Rusiyanın mövqeyinin nə olduğunu anlamaqdır – biz bunu indi daha yaxşı başa düşürük, çünki biz faktiki olaraq üç illik sükutdan sonra onlarla danışmışıq – və Ukraynanın mövqeyinin nə olduğunu və bu adamların hətta eyni ərazidə olub-olmadığını öyrənməkdir”, o, The Free Press-ə deyib . “Çünki onların tamamilə fərqli poçt indeksləri varsa, o zaman belə nəticəyə gəlmək olar ki, onlar bir-birindən o qədər uzaqdırlar ki, indiki məqamda sülh mümkün deyil”, – Rubio əlavə edib. (Tass)