Amerika administrasiyası bir sıra ölkələrə xəbərdarlıq edib ki, Fələstin dövlətçiliyinin tanınması ağılsızlıq, əks-məhsuldarlıq olacaq və Yaxın Şərq münaqişəsinin sülh yolu ilə həlli perspektivlərini sarsıdacaq. Bunu ABŞ dövlət katibi Marko Rubio Təl-Əvivdən Dohaya uçmazdan əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ondan İsrail nazirlərinin İordan çayının qərb sahili ərazilərinin ilhaqı ilə bağlı çağırışlarını şərh etməsi istənilib. “Düşünürəm ki, bir çox cəhətdən bu, dünyanın bir sıra ölkələrinin birtərəfli qaydada [müstəqil] Fələstin dövləti elan etmək qərarına reaksiyadır. Biz onları xəbərdar etmişik ki, bunun əks-məhsuldar olduğunu düşünürük. Biz düşünürük ki, bu, [radikal Fələstin HƏMAS hərəkatını] cəsarətləndirdiyi üçün danışıqlara xələl gətirir. Biz düşünürük ki, bu, Amerikanın gələcək regionda sülhün bərqərar olması perspektivini pozur.”
O, əlavə edib ki, ABŞ Fələstinin dövlətçiliyini tanımaq niyyətini bəyan edən ölkələrin rəhbərliyinə İsrail nazirlərinin belə reaksiyası barədə xəbərdarlıq edib.
İyulun 29-da Böyük Britaniyanın baş naziri Key Starmerin ofisi İsrailin Qəzza zolağına humanitar yüklərin çatdırılmasına mane olmağa davam edəcəyi və anklavdakı hərbi əməliyyatını dayandırmayacağı təqdirdə Londonun BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasına qədər Fələstin dövlətçiliyini tanıyacağına dair bəyanat yayıb. İyulun 24-də Fransa prezidenti Emmanuel Makron BMT Baş sessiyasında Parisin Fələstin dövlətini tanıyacağını bəyan edib.(Tass)