ABŞ administrasiyası Ukraynaya silah göndərir, lakin hesab edir ki, münaqişəyə son qoyulmalıdır. Bunu ABŞ dövlət katibi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio deyib.
“Biz hazırda onlara (Ukrayna – TASS qeydi) yardım edirik, lakin son nəticədə müharibə başa çatmalıdır”, – o, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib. Dövlət katibi əlavə edib ki, Vaşinqton Kiyevi “dünyada hamıdan çox” dəstəkləyir.
Rubiodan ABŞ-ın müdafiə naziri Pit Heqsetin prezident Donald Trampa icazə və ya xəbərdarlıq etmədən əvvəllər Kiyevə silah tədarükünü dayandırması barədə mətbuatda yayılan xəbərləri təsdiqləməsi istənilib. “Bu barədə şərh verə bilmərəm, çünki xatırlamıram. İndi iddia etdiyiniz kimi bir şey eşitdiyimi xatırlamıram” deyə Amerika diplomatiyasının rəhbəri yekunlaşdırıb. (Tass)