Bu gün beynəlxalq münasibətlər qeyri-adi vəziyyətə düşüb ki, ABŞ müharibənin əleyhinədir, Avropa ölkələri isə əksinədir. Bu fikri ABŞ dövlət katibi Marko Rubio Con Kennedi adına İfa Sənəti Mərkəzinin qəyyumlar şurası üçün təşkil olunmuş şam yeməyində deyib.
“İnsanlara deyirəm ki, bizim sülh prezidentimiz var. Papanın [XIV Leo] andiçmə mərasimindən bir gün əvvəl görüşdüyüm kardinallardan biri mənə dedi ki, bizdə çox qeyri-adi vəziyyət var, bizdə sülh istəyən Amerika prezidenti var və bəzi avropalılar da var ki, daim müharibə ilə bağlı hərəkətlərdən danışırlar. Yəni, hazırda dünya onların başını aşağı salıb, Rubio deyib”.
O, həmçinin vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp diqqətini dünyanın müxtəlif yerlərində hərbi əməliyyatların dayandırılmasına yönəldir və böyük silahlı münaqişələrin tezliklə həllinin tərəfdarıdır. Rubio hesab edir ki, ABŞ hazırda milli təhlükəsizliyə böyük məbləğdə sərmayə qoyur, lakin Vaşinqton bu vəsaitlərin iqtisadiyyatın mülki sektorlarına yönəldilə biləcəyi vəziyyətə nail olmağa üstünlük verəcək. (Tass)