Avropa ölkələri Ukraynanın təhlükəsizliyini təmin etmək üçün tədbirlər təklif etməlidir. Bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Bizə daha az sözə və daha çox hərəkətə ehtiyacımız var. Avropa Ukrayna xalqının təhlükəsizliyini təmin etmək üçün tədbirlərə dair konkret təkliflər hazırlamalıdır”, – o, X-də yazıb. Bundan əvvəl NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında Rubio vurğulqmışdı ki, Birləşmiş Ştatlar Ukraynada münaqişənin sülh yolu ilə həllinə nikbin yanaşır, lakin danışıqlar prosesinin çətin olacağını başa düşür.
ABŞ prezidenti Donald Tramp daha əvvəl demişdi ki, Avropa öz təhlükəsizliyi üçün məsuliyyət yükünü daşımalıdır. (Tass)