ABŞ dövlət katibi Marko Rubio hazırkı administrasiyanın Amerika konsulluqlarının ixtisarına dair iddia edilən planlarını təkzib edib.
Rubio Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib: “Konsulluq bölməsi əslində genişləndirilə bilər. Biz vizaların verilməsi üçün dünya üzrə bəzi səfirliklərimizdə növbələrin sayını iki dəfə artırmağın yollarını axtarırıq”. O, Dövlət Departamenti tərəfindən konsulluqların sayını 15% azaltmaq üçün nəzərdə tutulan planların təsdiqlənməsi sorğusuna cavab verib.
Dövlət katibi izah edib ki, bir sıra diplomatik missiyalarda ikinci növbələrin olmaması səbəbindən viza müraciət edənlər Kanada, Meksika və ABŞ-da eyni vaxtda keçiriləcək 2026-cı il futbol üzrə dünya çempionatı üçün onları vaxtında ala bilməyəcəklər. Rubio bildirib ki, bəzi ABŞ diplomatik missiyaları 2025-ci ildə Klublararası Dünya Çempionatı və FIFA Dünya Çempionatı, həmçinin Los-Ancelesdə keçiriləcək 2028-ci il Olimpiadası öncəsi gecə-gündüz viza verməyə başlaya bilər. “Hazırda konsulluq və səfirliklərin bağlanması ilə bağlı heç bir təklif yoxdur”, – o vurğulayıb.
New York Times daha əvvəl Dövlət Departamentinin daxili sənədinə istinadən xəbər vermişdi ki, Birləşmiş Ştatlar xaricdəki 30-a yaxın diplomatik missiyasını bağlamağı nəzərdən keçirir. (Tass)