Ukrayna ABŞ-dan hərbi yardımın bərpası barədə danışmazdan əvvəl çətin güzəştlərə getməyə hazır olmalıdır. Bu barədə jurnalistlərə ABŞ dövlət katibi Marko Rubio bildirib.
“The Daily Telegraph” xəbər verir ki, Rubio martın 11-də ABŞ-Ukrayna danışıqlarının keçiriləcəyi gözlənilən Səudiyyə Ərəbistanına uçuş zamanı jurnalistlərə açıqlama verib.
Məqalədə göstərilir ki, dövlət katibi qeyd edib ki, Ağ Ev ilk növbədə Kiyevin hərbi yardımı bərpa etməzdən əvvəl hansı güzəştlərə getməyə hazır olduğunu başa düşməlidir. Rubio həmçinin əlavə edib ki, Ukrayna “rusların edəcəyi kimi çətin işləri görməyə hazır olmalıdır”, məqalədə deyilir.
Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarının martın 11-də baş tutacağı gözlənilir. ABŞ tərəfdən isə Rubio, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Vals və ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Vitkoff iştirak edəcək. Ukrayna nümayəndə heyətinə Vladimir Zelenskinin ofisinin rəhbəri Andriy Yermak, xarici işlər naziri Andriy Sybiha və müdafiə naziri Rustem Umerov daxil olacaq. (Tass)