ABŞ mineral sövdələşmənin bir hissəsi olaraq Ukraynaya hərbi təhlükəsizlik zəmanəti vermədi. Bunu ABŞ dövlət katibi və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib.
Rubio vurğulayıb ki, Ukraynaya ötürülən bütün hərbi yardımlar mümkün israfa qarşı “təhlil ediləcək” və Amerika administrasiyası belə hallarla “mütləq məşğul olacaq”. “Daha geniş mənada hesab edirəm ki, biz Ukraynaya çox böyük yardım göstərmişik, lakin bu münaqişəyə son qoyulmalıdır. Bu münaqişənin hərbi yolla həlli yoxdur, onu yalnız danışıqlar və nizamlanma yolu ilə həll etmək olar”, – Rubio bildirib.
Bundan əlavə, təbii sərvətlərlə bağlı sazişin ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini nəzərdə tutmadığını təsdiqləməsi xahiş olunub. “Orada heç bir hərbi təminat yoxdur, bu doğrudur”, – Rubio vurğulayıb. (Tass)