Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünün konkret tarixi hələ müəyyən edilməyib. Bu barədə ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanının ” Əl Ərəbiyyə” telekanalına verdiyi şərhdə bildirib.
“Tramp və Putin arasında görüş üçün konkret tarix müəyyən edilməyib”, – amerikalı diplomat bildirib. (Tass)