ABŞ prezidenti Donald Trampın administrasiyası Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) proqramlarının 83%-ni rəsmən dayandırıb. Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
“Altı həftəlik araşdırmadan sonra biz USAID proqramlarının 83%-ni rəsmi olaraq dayandırdıq. On milyardlarla dollar indi ləğv edilmiş 5200 müqavilə vasitəsilə Birləşmiş Ştatların maraqlarına uyğun olmayan yollara (və bəzi hallarda hətta onun zərərinə) xərclənib” deyə o, X-də yazıb. Rubionun sözlərinə görə, ABŞ Dövlət Departamentinin qalan hissəsi ABŞ Dövlət Departamentinə 100 transfer edilib.
Dövlət katibi öz postunda həmçinin Elon Maskın nəzarətində olan Hökumətin Effektivliyi Ofisinə (DOGE) bu “çoxdan gecikmiş tarixi islahat”a verdiyi töhfəyə görə təşəkkür edib. (Tass)