ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Donald Trampın prezidentliyi dövründə İran nüvə silahına malik olmayacaq.
“Düşünürəm ki, burada heç bir şübhə olmamalıdır. İran Donald Trampın dövründə nüvə silahı əldə etməyəcək”, – o, jurnalist Ketrin Herriclə X-də dərc olunan müsahibəsində deyib.
Fevralın 7-də İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-la danışıqların qeyri-mümkün olduğunu, çünki onlar artıq ölkəsini bir dəfə aldatdığını bildirib: Vaşinqton 2015-ci ildə nüvə sazişi bağlayıb, onun şərtlərini yerinə yetirməyib, anti-İran sanksiyalarını ləğv etməyib və 2018-ci ildə sazişi birtərəfli qaydada ləğv edib. (Tass)