İyul 13, 2025-11:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Rubio Trampın NATO-nun Ukraynaya görə Amerika silahlarının pulunu ödəyəcəyi ilə bağlı fikirlərini izah edib

2025:07:11 - 15:04
in DÜNYA
A A

ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidenti Donald Trampın NATO və Vaşinqtonun alyansdakı müttəfiqlərinin Ukrayna üçün Amerika silahlarının pulunu tam ödəyəcəkləri ilə bağlı bəyanatına aydınlıq gətirib.

Tramp müvafiq bəyanatı iyulun 10-da NBC News telekanalına müsahibəsində verib . O qeyd edib ki, Amerika silahlarının Ukraynaya çatdırılması üçün belə prosedura dair razılaşmalar Şimali Atlantika Alyansının iyun ayında keçirilən sammitində əldə olunub.

“Ukrayna və Avropaya artıq bu fürsət verilib, yəni ABŞ-dan silah alıb sonra onları Ukraynaya ötürmək. Ukraynaya lazım olan bəzi sistemlər, Avropa istehsal etmir, ona görə də onlar ABŞ-dan nəsə almalıdırlar. Ukraynanın tələb etdiyi müəyyən miqdarda silah ABŞ-ın NATO-dakı müttəfiqləri, məsələn, Almaniya üçün mövcuddur. Ukraynanın ehtiyac duyduğu silahlar, müdafiə sistemləri və sonra onlar ehtiyatlarını artırmaq üçün bizimlə ayrıca maliyyə sazişləri bağlaya bilərlər”, – Rubio Kuala-Lumpurda ASEAN-ın iclasları kənarında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O vurğulayıb ki, mahiyyət etibarı ilə söhbət Ukraynaya silah tədarükü üçün hansısa yeni sxemdən deyil, daha çox 2022-ci ildə münaqişə başlayandan bəri fəaliyyətdə olan təchizat marşrutlarından birinin aktivləşdirilməsindən gedir.

“Almaniyadakı anbardan nəyisə köçürmək fabrikdən yeni bir şey sifariş etməkdən qat-qat tezdir. Buna yanaşmağın bir neçə yolu var, lakin nəticə ondan ibarətdir ki, hazırda artıq istehsal olunmuş silahları Avropadan Ukraynaya ötürmək imkanı var. Düşünürəm ki, prezident Trampın danışdığı aspekt budur”, – Rubio əlavə edib.

Əvvəlki Yazı

Sevil Hacıyeva: Kollektivin yaradıcı maraqlarına müstəsna xidmət istənilən musiqi rəhbəri üçün mühüm amildir – MÜSAHİBƏ

Növbəti Yazı

İstanbulun tarixi Hünkar Qəsrində azərbaycanlı rəssamın əsərləri nümayiş olunur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.