Ukrayna münaqişəsi həll olunarsa, Qərb ölkələri anti-Rusiya sanksiyalarını ləğv etməli olacaqlar. Bunu ABŞ dövlət katibi Marko Rubio Ər-Riyadda Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Çıxış Amerika xəbər televiziyası şəbəkələrində yayımlanıb.
Ona Moskvaya qarşı qoyulan məhdudiyyətlər barədə sual verilib. “Bütün bunlar [Ukraynadakı] bu münaqişənin nəticəsidir. Bu münaqişə nəticəsində tətbiq edilən sanksiyalar var. Ona görə də demək istərdim ki, istənilən münaqişəyə son qoymaq üçün bütün tərəflərin güzəştə getməsi lazımdır”, – Amerika diplomatiyasının rəhbəri qeyd edib.
“Sanksiya tətbiq edən başqa tərəflər də var. Avropa İttifaqı nə vaxtsa danışıqlar masasına oturmalı olacaq, çünki onların da [Rusiyaya qarşı] tətbiq edilmiş sanksiyaları var”, – Rubio əlavə edib. (Tass)