ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə münaqişənin həlli üçün Rusiya və Ukrayna arasında birbaşa danışıqlara dəstək tədbirlərini müzakirə edib.
“Dövlət katibi Marko Rubio bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıb, qan tökülməsinə son qoymaq üçün Rusiya və Ukrayna arasında birbaşa danışıqlara dəstək məsələsini müzakirə edib”, – Dövlət Departamentindən bildirilib.
Bundan əlavə, tərəflər Suriyadakı vəziyyəti və ABŞ-ın bu ölkəyə qarşı sanksiyaları ləğv etmək üçün atdığı addımları müzakirə ediblər. ( Tass)