Moskva Tehran və Vaşinqtonun İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti nizamlamaq üçün diplomatik səylərini dəstəkləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Andrey Rudenko İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali ilə görüşündə deyib.
“Tehran və Vaşinqton arasında son təmaslar fonunda İranın nüvə proqramı ətrafında nizamlanma perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb”, – Rusiya diplomatik departamenti bildirib. “Rusiya tərəfi regionda gərginliyin azaldılmasına və dost İrana qarşı birtərəfli sanksiyaların aradan qaldırılmasına yönəlmiş dinc diplomatik səylərə sarsılmaz dəstəyini təsdiqləyib”.
Smolenskaya meydanında görüş zamanı tərəflər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın cari məsələlərini də müzakirə ediblər. (Tass)