İyun 16, 2025-16:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Rüfət Həmzəyev: Sosial media platformaları islamofobiya məzmunun sürətlə yayılmasına təkan verir

2025:05:26 - 16:05
in SİYASƏT
A A

Sosial media platformaları islamofob məzmunun sürətlə yayılmasına təkan verir.

“Report” xəbər verir ki, bunu AnewZ TV-nin icracı direktoru Rüfət Həmzəyev Bakıda İslamofobiyaya həsr olunmuş tədbir çərçivəsində baş tutan “Mediada və rəqəmsal məkanlarda islamofobiya: Süni intellekt sistemləri islamofob qərəzləri necə gücləndirə bilər” mövzulu panel sessiyasında deyib.

O qeyd edib ki, alqoritmik tövsiyələr çox zaman istifadəçiləri bənzər məzmunla qarşılaşdırırlar:

“Sosial media platformaları islamofob məzmunun sürətlə yayılmasına təkan verir. “Facebook” və “YouTube” kimi platformalar nifrət nitqinin sürətlə yayılmasında rollarına görə dəfələrlə tənqid olunub”.

Çıxışcının sözlərinə görə, mövcud problemləri nəzərə alaraq media məsuliyyəti daha da artır:

“Tarixən Azərbaycan da daxil olmaqla, əksəriyyəti müsəlman olan ölkələr tez-tez stereotiplərlə, guya zorakı və ya dözümsüz olduqları iddiaları ilə mənfi formada təqdim olunublar. Bu isə yanlış təsəvvürlərin yayılmasına və mədəniyyətlərarası anlaşmanın qarşısının alınmasına səbəb olub və olur”.

R.Həmzəyev hesab edir ki, bu mürəkkəb problemlərin həlli kompleks yanaşma tələb edir:

“Təhsil və media savadlılığının artırılması bu məsələlərdə əhəmiyyətli rol oynaya bilər. İstifadəçiləri tənqidi təhlil bacarıqları ilə təchiz etmək mütləqdir. Bu, etibarlı məlumatı dezinformasiyadan ayırmalarına kömək edərək onların qərəzlərə qarşı daha dayanıqlı olmalarını təmin edir”.

“Bu gün süni intellekt üzrə güclü maarifləndirmə proqramlarına, rəqəmsal tənzimləmə sahəsində beynəlxalq əməkdaşlığa və dinlərarası dialoqun fəal təşviqinə sadiq qalmaq önəmlidir”, – əlavə edib.

Əvvəlki Yazı

Sanatoriyalara və istirahət mərkəzlərinə yollayışların verilməsi proseduru sadələşdirilib

Növbəti Yazı

Əfv sərəncamı 6 saylı cəzaçəkmə müəssisəsində icra olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.