Rumıniya öz əsgərlərini Ukraynaya göndərməyəcək. Bunu Prezident Klaus İohannis Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə və Avropa Parklar Günü (24 may) ərəfəsində Piatra Kraiului Milli Parkına baş çəkdikdən sonra jurnalistlərlə söhbəti zamanı deyib. Söhbətin stenoqramı prezident administrasiyasının saytında yerləşdirilib.
“Rumıniya Ukraynaya əsgər göndərməyəcək”, – deyə dövlət başçısı bildirib: “Bu, sadəcə, müzakirədir və məncə, bununla da bitib”.
İohannis Rumıniyanın “Patriot” hava hücumundan müdafiə sisteminin Ukraynaya mümkün təhvil verilməsi məsələsini şərh etməkdən imtina edib. “Mən bu məsələyə münasibət bildirmirəm və hesab etmirəm ki, bu, ordu mütəxəssisləri ilə müzakirə edilməli olan məsələdir, o zaman ölkənin Ali Müdafiə Şurası qərar verməlidir və sonra nəticə bildiriləcək. Bu çox xüsusi məsələ ilə bağlı geniş ictimai müzakirənin aparılmasını arzu etmirəm”.
Rumıniyanın təhlükəsizliyinə birbaşa təhdid olub-olmaması ilə bağlı suala prezident deyib: “Birbaşa təhlükə yoxdur, lakin təbii ki, hərbçilər hər zaman bütün mümkün vəziyyətlərə hazırlaşır”. (Tass)