Rumıniya Xarici İşlər Nazirliyi bu ölkə vətəndaşlarının Rusiyaya səfərdən çəkinməsi ilə bağlı tövsiyə verib.
“Mövcud geosiyasi konteksti və regionda təhlükəsizlik vəziyyətində baş verən hadisələri, habelə Rusiya Federasiyasının Avropa vətəndaşları üçün vizaların verilməsinə tətbiq etdiyi məhdudiyyətləri nəzərə alaraq, Xarici İşlər Nazirliyi bütün qeyri-müəyyənliklərə yol verməmək üçün qəti tövsiyəsini təkrarlayır” -Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur ki, bu dövlətin ərazisinə, xüsusən də uzun müddət qalmağı nəzərdə tutan fəaliyyətlər üçün zəruri səfərlər ləğv edilsin.
Rumıniya Xarici İşlər Nazirliyi, həmçinin artıq Rusiyada olan həmvətənlərinə “ictimai görüşlər və ya çoxlu insanların toplaşdığı yerlərdən çəkinməyi” tövsiyə edib. (Tass)