“Ötən üç ildə Ermənistan üzərinə götürdüyü öhdəliklərin heç birini icra etmədi”.
Bunu “Report”a müsahibəsində Topçubaşov Mərkəzinin rəhbəri, siyasi analitik Rusif Hüseynov deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycana hər hansı bir keçid, dəhliz, yol verməsə, Azərbaycan da eyni cür davranacaq, Ermənistanın onu Rusiya ilə birləşdirəcək dəmiryolu və ya magistral xətlərdən istifadəsinə imkan verməyəcək.
Mərkəz rəhbəri bildirib ki, ötən üç il ərzində Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərin heç birini icra etmədiyini vurğulayıb: “Bunun nəticəsi olaraq Azərbaycan Qarabağda öz suverenliyini bərpa etdi, Laçın yolu üzərində sərhəd-buraxılış məntəqəsi quruldu. Ona görə də Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı mövqeyində müəyyən dəyişikliklər elədi, Ermənistanla bu məsələni uzun-uzadı müzakirə etməkdənsə, B planına keçdi. Həmin plana əsasən, Zəngəzur dəhlizi artıq faktiki olaraq İran ərazisindən keçəcək. Amma bu, o demək deyil ki, Ermənistandan keçəcək yolla bağlı layihə icra olunmayacaq, o da plan kimi qalacaq”.
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.