İyun 1, 2025-14:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Rusiya alimləri Azərbaycanda Samur çayını tədqiq edəcək

2023:10:23 - 11:42
in GÜNDƏM
A A

“Rusiya alimlərinin iki ölkə sərhədi boyunca axan Samur çayının tədqiqi üçün Azərbaycana ilk ekspedisiyası 2023-cü ilin dekabrında baş tutacaq”.

“Report” xəbər verir ki, bu barədə “TASS”a Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

Onun sözlərinə görə, layihə su ehtiyatlarının qorunması və iqlim dəyişikliyi ilə mübarizə üçün vacibdir:

“Bu çayın su ehtiyatlarının qorunması bizim üçün mühüm amildir. Rusiya alimlərinin Azərbaycana ekspedisiyası gözlənilir. Hövzələrin biomüxtəlifliyi, su ehtiyatları, yeraltı suların səth sularında dəyişikliklər baxımından birgə tədqiqatlar aparılacaqdır. Buna əsaslanaraq, layihə təkliflərini daha ətraflı şəkildə formalaşdıracağıq. Layihə iqlim dəyişikliyinə uyğunlaşma sahəsində, eləcə də atmosferə istixana qazlarının tullantılarını azaltmaq üçün vacibdir”.

R. Verdiyev əlavə edib ki, alimlər Samur çayı hövzəsində əvvəllər belə ətraflı ekspedisiyalar aparmayıblar:

“Birgə tədqiqatlar təkcə Azərbaycan ərazisində deyil, həm də Rusiya ərazisində, Dağıstanda aparılacaq. Son 20-30 ildə iqlim dəyişikliyi su təchizatı və kənd təsərrüfatının inkişafı şəraitinin əhəmiyyətli dərəcədə pisləşməsinə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə, quraqlığa, səhralaşmaya səbəb olub ki, bu da ölkələrin iqtisadiyyatına və insanların həyatına mənfi təsir göstərir.

İqlim dəyişikliyi ilə mübarizə üçün biz və Rusiya bir sıra layihələr planlaşdırırıq. Onların əsas məqsədləri meşələrin, bitki örtüyünün salınması, sahil mühafizə zonasının möhkəmləndirilməsi, eroziya və səhralaşma ilə mübarizə yolu ilə su ekosistemlərini, eləcə də hövzənin biomüxtəlifliyini qorumaqdır. Bütün bu fəaliyyətlər hövzənin iqlim dəyişikliyinə davamlılığına və su ehtiyatlarının qorunmasına səbəb olacaqdır”.

Əvvəlki Yazı

Ceyhun Bayramov “3+3” formatında görüşdə iştirak etmək üçün İrana gedib – YENİLƏNİB

Növbəti Yazı

Vilayət Eyvazovun Ağcabədidə vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.