Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.
Müvafiq axtarışda olan kart şöbənin məlumat bazasında tapılıb.
Kartda Vladimir Aleksandroviç Zelenskinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olduğu göstərilir. Cinayət işinin maddəsi məlumat bazasında qeyd edilməyib.
Vladimir Zelenski 25 yanvar 1978-ci ildə Krivoy Roqda anadan olub. 2019-cu ildə o, Ukrayna prezidenti olub. (Tass)