Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun (RACF) VI sessiyasının iştirakçıları yekun bəyanat qəbul ediblər. Sessiyada Rusiyanın xarici işlər naziri Sergey Lavrov, həmçinin Mərakeş, Fələstin, Yəmən, Bəhreyn, Sudan, Livan, Mavritaniya və Misirin xarici işlər nazirliklərinin rəhbərləri iştirak ediblər.
Birgə bəyanatın əsas müddəaları TASS-ın materialındadır.
- Forum iştirakçıları Ukraynada BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə nizamlanmasının tərəfdarı olduqlarını bildiriblər
- Onlar terrorizm və ekstremizmə qarşı mübarizəni gücləndirmək niyyətindədilər.
- Nazirlər mübahisəli məsələlərin və böhranların sülh yolu ilə və hərtərəfli dialoq yolu ilə həllinin vacibliyini vurğulayıblar.
- Onlar Qəzzadakı fələstinlilərə qarşı müharibəyə haqq qazandırmaq cəhdini rədd etdilər.
- Rusiya və ərəb ölkələri Suriyanın suverenliyini və birliyini qorumağa söz verdilər.
- Forum iştirakçıları BMT Təhlükəsizlik Şurasının qeyri-daimi ərəb üzvləri ilə Rusiya arasında ümumi maraqlara əsaslanan koordinasiyanı davam etdirməyə çağırıblar.
- Onlar BƏƏ-nin Təhlükəsizlik Şurasına üzvlük zamanı göstərdiyi səyləri yüksək qiymətlğndirib və Əlcəzairin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini alqışlayıblar.
- Nazirlər Qırmızı dənizdə naviqasiya azadlığını dəstəkləyiblər.
- Rusiya və ərəb ölkələri Liviyadakı problemlərin hərbi yolla həllini rədd ediblər. Onlar bütün xarici qüvvələrin, yaraqlıların və muzdluların bu ölkənin ərazisindən çıxarılmasının zəruriliyini bəyan ediblər. (Tass)