Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsinin bağlanmasında səmimi qəlbdən uğurlar arzulayır və belə bir sənədin işlənib hazırlanması və imzalanmasında tərəflərə bundan sonra da hər cür kömək göstərməyə hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov tarixi cənub Rusiya torpaqlarına həsr olunmuş yüksək səviyyəli konfransda deyib.
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır və biz onlara bu işdə səmimi qəlbdən uğurlar arzulayırıq”, – o qeyd edib. “Aydındır ki, müqavilə Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın bir neçə üçtərəfli sammitləri sayəsində mümkün olub. Əgər hər iki tərəf bunda maraqlı olarsa, biz bundan sonra da yardım göstərməyə hazırıq”. (Tass)