Moskva Ermənistanda sülhün və qanunun qorunması üçün İrəvanla dostluq münasibətlərinin saxlanmasında maraqlıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktor müavini Dmitri Masyuk deyib.
“Biz bu ölkədə asayişi və əmin-amanlığı qorumaq üçün Ermənistan ilə dostluq münasibətlərini saxlamaqda maraqlıyıq”, o, “Maşuk” Bilik Mərkəzində Qorçakov Fondunun “Qafqaz dialoqu” elmi-maarifləndirici proqramının açılışında deyib. (Tass)