Rusiya bütün mübahisəli məsələlərin həlli və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan və Ermənistan arasında təmasların davam etdirilməsinin tərəfdarıdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda Azərbaycanla sərhədin delimitasiyası proseduruna qarşı etirazlara münasibət bildirmək üçün jurnalistlərin sorğusuna cavab olaraq bildirib.
“Biz bu barədə şərh vermək istəmirik, biz Bakı ilə İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq, hesab edirik ki, bu, ümumi gərginlik və tez bir zamanda gündəmdə olan bütün mübahisəli məsələlərin yekun həlli üçün lazımdır”, – Kreml sözçüsü bildirib. (Tass)