Rusiya ümid edir ki, ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqlar uğurlu olacaq və hər iki tərəf gərginliyin azaldılması üçün hansı addımların atılması lazım olduğunu anlayacaq. Bu barədə jurnalistlərə Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Aleksandr Pankin bildirib.
O, məsələ ilə bağlı sualı cavablandırarkən “Ümid edirəm ki, belədir” deyib. “Vaxt keçir, onlar [tərəflər] arasında birbaşa təmaslar olub, ümid edək ki, nəticə verəcək və gərginliyin qarşısını almaq üçün hər iki tərəf üçün nə etmək lazım olduğunu başa düşəcəklər.”
Aprelin 26-da Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üzrə dolayı danışıqların üçüncü raundu Maskatda baş tutub. Tərəflər arasında məsləhətləşmələrin birinci raundu aprelin 12-də Maskatda, ikincisi isə aprelin 19-da Romada baş tutub. Növbəti danışıqlar mayın 3-də İtaliyanın paytaxtında baş tutacaq.Yüksək səviyyəli siyasi danışıqlara paralel olaraq Omanın paytaxtında ekspertlərlə İranın nüvə proqramı üzrə potensial razılaşmanın detallarını müzakirə edən texniki məsləhətləşmələr keçirilib. (Tass)