Rusiyanın “Şimal” qoşun qruplaşması Xarkov vilayətinin Staritsa kəndini nəzarətə götürərək, Ukrayna Silahlı Qüvvələrinin (AFU) müdafiəsinə doğru irəliləməyə davam edib. Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
“Aparılan fəal əməliyyatlar nəticəsində “Şimal” qoşun qruplaşmasının bölmələri Xarkov vilayətinin Staritsa kəndini azad edərək, düşmənin müdafiəsinin dərinliklərinə doğru irəliləməyi davam etdirib”, – məlumatda deyilir. (İnterfax.ru)