Bir gündə təxminən 7 min insan Livandan Suriya sərhədini keçib. Bu barədə Rusiyanın Suriya Ərəb Respublikasındakı Döyüşən Tərəflərin Barışıq Mərkəzinin (CPVS) rəhbərinin müavini, 1-ci dərəcəli kapitan Oleq İqnasyuk bildirib.
“Gün ərzində Livan ərazisindən Əl-Arida, Əl-Cəvasiya, Əd-Dabuhiya, Cisr əl-Qəmər və Caidut Yabus keçid məntəqələri vasitəsilə Suriya Ərəb Respublikasının sərhədini 6886 nəfər keçib”, – o bildirib.
O əlavə edib ki, Suriya hakimiyyəti Hərbi Yardım Mərkəzi ilə birlikdə 10 qaçqının – bir kişi, iki qadın və yeddi uşağın Rukban düşərgəsindən çıxmasını təmin edib. (Tass)