ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın pilotsuz təyyarələri bir gündə iki dəfə Suriyanın hava məkanını pozub. Bunu Suriya Ərəb Respublikasındakı Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Vadim Kulit deyib.
“Əl-Tanf bölgəsində gün ərzində koalisiyanın MQ-1C çoxməqsədli pilotsuz uçuş aparatları tərəfindən iki qayda pozuntusu qeydə alınıb.
İdlib vilayətində də qeyri-qanuni silahlı qrupların atəşə tutması nəticəsində iki Suriya əsgəri yaralanıb. (Tass)